Bakıda polis xəstəxanada vəfat etdi SƏBƏB

02.12.2024

Icma.az bildirir, Lent az portalına istinadən.

Bakıda polis nəfəri xidməti tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, xəsarət alan serjant Emin Cəfərli xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

DİN-in Mətbuat Xidmətindən Lent.az-a məlumatı təsdiqləyiblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью