Bakıda polisə silahlı müqavimət: 1 nəfər yaralandı

28.01.2025

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yanvarın 28-də Bakı şəhərində narkotiklə əlaqəli cinayətlərə görə axtarışda olan şübhəli şəxs saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərib.

DİN-in Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən xidməti tabel silahı tətbiq olunmaqla, əvvəllər dəfələrlə məhkum olunmuş 39 yaşlı Aslanov Ceyhun zərərsizləşdirilərək xəstəxanaya yerləşdirilib.

Onun yaşadığı ünvandan külli miqdarda narkotik vasitə aşkarlanıb.

Fakta görə cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью