Bakıda polkovnik qəza törətdi: qadın öldü

06.11.2026

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


Bakı sakini avtomobillə qarajdan çıxarkən qəza törədib.

"Bakupost" Oxu.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Naxçivani küçəsi, ev 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı dayanacağının qarşısında baş verib.

1958-ci il təvəllüdlü Həsən Arif oğlu Seyidbəyov idarə etdiyi "Mitsubishi Outlander" markalı avtomobillə qarajdan çıxarkən 1955-ci il təvəllüdlü Esmira Həsənağa qızı Sadıqovanı vurub. Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Qeyd edək ki, H.Seyidbəyov polkovnikdir və yüksək vəzifədə çalışır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью