Bakıda Polşanın görkəmli qadınları sərgisi açılıb Xəbər saytı Son xəbərlər və Hadisələr

05.11.2024

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakıda Polşanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə "Polşanın görkəmli qadınları" sərgisi açılıb.

"Report" xəbər verir ki, açılış zamanı səfir vəzifəsini müvəqqəti icra edən Mixal Qreçilo çıxış edib.

O qeyd edib ki, Polşa tarixində əlamətdar iz qoymuş qadınlardan bəhs edən sərginin keçirilməsi azərbaycanlıların bu ölkənin mədəniyyəti ilə daha yaxından tanış olmasına imkan verəcək.

Qreçilo, həmçinin qısaca bu qadınların həyat hekayələrini danışıb, onların Polşa xalqının indiki nəslinin formalaşmasındakı mühüm töhfələrini vurğulayıb.

Qalereya

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью