Bakıda Porsche qəzaya düşdü: yanğın oldu

30.11.2024

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Bakıda iki avtomobil toqquşub.

Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhərinin Xəzər rayonunda “Porsche” və “Fiat” markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Yanğın nəticəsində “Fiat” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı qaz xətti və ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью