Bakıda “Porşe” “Fiat”la toqquşdu: yanğın oldu

30.11.2024

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakıda iki avtomobil toqquşub.

Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhərinin Xəzər rayonunda "Porşe" və “Fiat” markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Yanğın nəticəsində "Fiat" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı qaz xətti və ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью