Bakıda POS terminalların sayı 30% ə yaxın artıb

19.04.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Bu ilin fevral ayının sonuna olan məlumatlara görə, Bakıda 75,4 min ədəd POS-terminal var.

Bakıvaxtı.az bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, POS-terminalların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 16,4 min ədəd və ya 27,8% çoxdur.

Belə ki, 2024-cü ilin fevral ayının sonuna olan məlumatlara görə, Bakıdakı POS-terminalların sayı 59 min ədəd olub.

Cari ilin hesabat dövründə Bakıda təmassız ödənişləri qəbul edən POS-terminalların sayı 74,1 min ədəd, özünəxidmət terminallarının sayı 1 040 ədəd, bankomatların sayı isə 1,8 min ədəd olub.

Qeyd edək ki, fevralın sonuna Azərbaycanda 124,3 min ədəd POS-terminal var. POS-terminalların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 33,8 min ədəd və ya 37,4% çoxdur. 2024-cü ilin fevral ayının sonuna olan məlumatlara görə, Azərbaycandakı POS-terminalların sayı 90,5 min ədəd olub.

Ölkədə təmassız ödənişləri qəbul edən POS-terminalların sayı 122,2 min ədəd, özünəxidmət terminallarının sayı 2,1 min ədəd, bankomatların sayı isə 3,4 min ədəd olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью