Bakıda “Prado” qəzaya uğradı: ölən var

29.11.2025

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakının Zabrat qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az xəbər verir ki, Mirəli Abbasov idarə etdiyi “Toyota Prado” markalı avtomobillə hərəkət edərkən 2003-cü il təvəllüdlü Ələsgər Ələsgərovun idarə etdiyi VAZ-2107 markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində sürücü Ələsgər Ələsgərov ölüb.

Avtomobildə olan sərnişinlər 2003-cü il təvəllüdlü Sevinc Rəsulova və 2006-cı il təvəllüdlü Nəzrin Rəsulova, digər sürücü Mirəli Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri ilə alıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью