Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza mayın 27-də axşam saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “Toyota Prius” markalı avtomobil yoldan çıxaraq parkın hasarına çırpılıb. Hadisə şahidlərinin iddiasına əsasən qəzaya səbəb sürücünün anidən idarəetməni itirməsi olub. Nəticədə avtomobilə maddi ziyan dəyib. Xoşbəxtlikdən sürücü xəsarət almayıb.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.
Nərmin