Bakıda Prius un vurduğu 70 yaşlı kişi öldü

01.07.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Bakıda avtomobillə vurulan piyada xəstəxanada ölüb.

Oxu.Az-ın məlumatına görə, Cahangir Nizami oğlu Hüseynov idarə etdiyi "Toyota Prius" markalı avtomobil ilə hərəkətdə olarkən yolu piyada keçidi olmayan yerdən keçməyə çalışan 1955-ci il təvəllüdlü Xanlar Hüsnü oğlu Qubadovu vurub.

Xanlar Qubadov Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada vəfat edib.

Faktla bağlı cinayət işi başlanıb.

Samir Əli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью