Bakıda “Prius”la Saipa toqquşdu: 3 ölü

05.02.2025

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Bakıda ağır yol qəzası olub.

Axar.az xəbər verir ki, hadisə Xəzər rayonu Qala qəsəbəsində qeydə alınıb.

Samir Paşayevin idarə etdiyi "Saipa" markalı avtomobillə 2003-cü il təvəllüdlü Nazim Musayevin idarə etdiyi "Toyota Prius" markalı avtomobil toqquşub.

Nəticədə "Saipa" markalı avtomobildə olan sərnişinlər Polad Salmanov, Rövşən Hüseynov və "Toyota Prius"un sərnişini Nizami Soltanov hadisə yerində ölüb.

"Toyota Prius"un sürücüsü isə hadisə yerindən qaçıb.

Faktla bağlı iki maddə üzrə cinayət işi başlanılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью