Bakıda prospektlə küçənin kəsişməsində hərəkətin təşkili dəyişdirildi VİDEO

14.11.2025

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Paytaxtın Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti ilə Koroğlu Rəhimov küçəsinin kəsişməsində hərəkətin təşkili ilə bağlı dəyişiklik edilib.

Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Sürücü və piyadaların təhlükəsizliyini təmin etmək məqsədilə kəsişmədə NİİM tərəfindən LED işıqlandırma ilə təchiz olunan yeni işıqforlar quraşdırılıb.

Sürücülərin daha aydın görmələri üçün "L" və "A" tipli olmaqla piyada bölməli ümumilikdə 16 işıqfor hərəkət iştirakçılarının istifadəsinə verilib.

Qeyd edək ki, işlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin layihəsi əsasında həyata keçirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью