Bakıda qaçırılan Jiquli parklanma yerindən tapıldı

17.01.2026

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakının Binəqədi rayonu ərazisində zərərçəkən polisə müraciət edərək “VAZ-2107” markalı avtomobilinin yaşadığı ünvanın yaxınlığından qaçırıldığını bildirib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Binəqədi RPİ 6-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Ə.Hüseynov müəyyən olunaraq saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, o, nəqliyyat vasitəsini qaçırandan sonra yolda olarkən nasazlıq yaranması səbəbilə avtomobili yaxınlıqdakı parklanma yerində saxlayaraq oradan uzaqlaşıb.

Araşdırma davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью