Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib.
“Qafqazinfo” xəbər verir ki, mərhumun bacısı Cəmilə Mahmudova Baku TV-yə açıqlamasında onun həkim məsuliyyətsizliyi səbəbindən həyatını itirdiyini iddia edib.
Şikayətçi bildirib ki, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-ü diş ağrısı ilə Bilgəh Sağlamlıq Mərkəzinə müraciət edib. Ailənin iddiasına görə, stomatoloq Samir Novruzov dişi çəkdikdən sonra qadının halı kəskin pisləşib.
Vəziyyəti ağırlaşan Leyla Əhmədova Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yerləşdirilib. Həkim Məhəmməd Davudov tərəfindən əməliyyat olunaraq Reanimasiya şöbəsində müalicəsi davam etdirilən xəstə sentyabrın 6-sı vəfat edib.
Daha ətraflı süjetdə: