Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakının Nəsimi rayonunda 1992-ci il təvəllüdlü Musa ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Rəfiqəyə (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə cütlüyün birgə yaşadığı evdə baş verib.
Mübahisə zamanı ər arvadının sol əl barmaqlarından tutaraq geriyə doğru qatlayaraq əlindəki mobil telefonla baş nahiyyəsinə və şillə ilə üz nahiyyəsinə vurub.
Hadisəni törədən Musanın barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Musa ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxs ilə 2017-ci ildə ailə həyatı qurub və həmin nikahdan 2017-ci il təvəllüdlü Amal və 2020-ci il təvəllüdlü Səidə adlı iki övladı var: “Mən ailəm ilə birlikdə 2022-ci ildən kirayədə yaşamışam.
Hadisə ərəfədə zərərçəkmiş şəxs ilə aramızda bir neçə dəfə ailə məişət zəminində mübahisələr olub.