Bakıda qadın maşına hücum etdi VİDEO

05.09.2026

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Bakının Suraxanı rayonunda yol kənarında park edilmiş avtomobilə hücum edilib.

Demokrat.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Qeyd olunub ki, hadisə ötən gün Hövsan qəsəbəsində baş verib.

Kimliyi məlum olmayan qadın əlindəki alətlə dayanmış avtomobilin şüşələrini sındırmağa çalışıb və nəqliyyat vasitəsinə dəfələrlə zərbələr endirib.

İddialara görə, hücuma məruz qalan avtomobil hadisəni törədən qadının həyat yoldaşına məxsusdur.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.(oxu.az)

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью