Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Paytaxt küçələrindən birində baş vermiş yol-nəqliyyat hadisəsi anbaan avtomobilin videoregistratoruna düşüb.
Avtosfer.az-ın məlumatına görə, bu barədə qəzaya düşən sürücü sosial şəbəkə hesabında paylaşım edib. Hadisə iyulun 14-də axşam saatlarında qeydə alınıb. Kadrdan göründüyü kimi, arxadan gələn avtomobil yolda dayanmış “Toyota Aqua” markalı maşınla toqquşub. Qəzanın təsirindən huşunu itirdiyini bildirən sürücü sükanı buraxıb və idarəetmədən çıxan maşın yol kənarına çırpılaraq aşıb. Zərərçəkmiş dönmə işığını yandırdığını, lakin qəzaya səbəb olan qadın sürücünün onun avtomobilini vuraraq hadisə yerini tərk etdiyi bildirib.
Nərmin