Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.
APA xəbər verir ki, hadisə Sabunçu bazarının yaxınlığında baş verib.
Belə ki, 1966-ci il təvəllüdlü Əliyeva Tərlan Dursun qızı yolu keçərkən onu minik avtomobili vurub.
Yaralı müxtəlif bədən xəsarətləri alaraq Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.