Bakıda qadını vurub hadisə yerindən uzaqlaşdı ANBAAN GÖRÜNTÜLƏR

28.08.2026

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakının Binəqədi rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdən hadisənin Gənclər Şəhərciyi ərazisində qeydə alındığı bildirilir.

İlkin məlumata görə, avtomobil qadını vurub. Hadisədən sonra sürücü nəqliyyat vasitəsi ilə ərazidən uzaqlaşıb.

Qəzanın başvermə səbəbləri, xəsarət alan qadının hazırkı vəziyyəti, eləcə də sürücünün şəxsiyyəti barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью