Bakıda “Qalik” qayda pozur və etiraz edəni vurursa...

09.06.2026

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İyunun 7-də Masazırda baş verən olay adi insident deyil: işıqforun qırmızı işığında keçib, daha sonra buna mədəni formada etiraz edən sürücünü təhqir etmək, üstəlik bahalı maşını ilə etiraz edənin avtomobilini əzmək təhlükəli tendensiyadır.

1. “Gelandevagen” markalı maşının dövlət nömrəsi 77 UE 011-dir və yəqin ki, bu şəxsi tapmaq polislər üçün çətin olmayacaq.

2. Qırmızı işıqdan keçməklə yol hərəkəti qaydalarını pozan, üstəlik, xuliqanlıq edən, maşınını qəsdən digər maşına çırpan şəxsin özü haqda “xəstəyəm” deməsi ciddi araşdırılmalıdır.

“Xəstə” sürücülük hüququ daşıya bilməz, o, bu hüquqdan məhrum edilməlidir. Daha sonra isə hərəkətləri qiymətləndirilməlidir: adam azğınlaşıb, nəyəsə (puluna) və yaxud kiməsə (vəzifəli qohumuna) arxalanıb, bu “xəstə” təfəkkürlə davranırsa...

Olduqca pis presedent yarana bilər: bu cür qoçuluqların qarşısı ən sərt şəkildə alınmalıdır və bu, həm də dövlətin Birinci Şəxsinin birbaşa göstərişidir.

Ümid edirik ki, 77 UE 011 dövlət nömrə nişanlı avtomobilin sürücüsünün bu əməlindən ölkənin nüfuzlu insanlarına qarşı sui-istifadə edilməsinə imkan verilməyəcək...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью