Bakıda qanunsuz ağac kəsimi faktı aşkarlanıb

24.10.2025

Icma.az bildirir, Metbuat portalına istinadən.

Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Göyüş Qarayev küçəsində yaşıllıqların qanunsuz kəsilməsi faktı aşkar olunub.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Araşdırma zamanı ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 7800 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью