Bakıda qanunsuz reklamlar... FOTOLAR

29.04.2025

Icma.az bildirir, Mia.az portalına istinadən.

Bakıda bir sıra abidələrin fasadlarında qanunvericiliyin tələblərinə cavab verməyən reklam lövhələrinin quraşdırılması halları aşkarlanıb.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. 

Qeyd olunub ki, ADRA Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə paytaxt ərazisində apardığı yoxlamalar zamanı Bakı şəhərində bir sıra abidələrin fasadlarında 156 obyekt üzrə qanunvericiliyin tələblərinə cavab verməyən reklam lövhələrinin quraşdırılması halları aşkarlanıb.

Məlum olub ki, sözügedən reklam qurğuları “Reklam haqqında” qanunun və bu sahədə digər qanunvercilik aktlarının tələbləri pozulmaqla quraşdırılıb. İlkin mərhələdə qanunsuz quraşdırılan reklam qurğularının bir hissəsinin demontajı təmin edilib.

Xatırladaq ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunun 10-cu maddəsinə əsasən abidələrin bədii-estetik görünüşünü dəyişdirən və ya onlara təhlükə yarada biləcək istənilən müdaxilə qadağandır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью