Bakıda qapısı açıq maşından 3 minlik telefon oğurlandı

20.11.2025

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakının Binəqədi rayonunda bir nəfərə məxsus avtomobildən oğurluq edilib. 

Lent.az xəbər verir ki, naməlum şəxs “Toyota” markalı avtomobilin qapısının açıq olmasından istifadə edərək orada olan 3000 manat dəyərində mobil telefonu oğurlayıb. 

Polisin keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 47 yaşlı R.Hüseynov müəyyən olunaraq saxlanılıb. 

Qaradağ rayonunda da analoji hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini 45 yaşlı R.Məmmədov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilərək saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью