Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?
Milli Hidrometerologiya Xidmətindən APA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin səhərdən bəzi yerlərdə arabir sulu qar, qar yağacağı gözlənilir.
Mülayim şimal-qərb küləyi gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək.
Havanın temperaturu Gecə 1-4° şaxta Gündüz 1° şaxtadan 2°-dək isti olacaq Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu olacaq.
Nisbi rütubət 70-80 % olacaq. Gecə və səhər bəzi yollar buz bağlayacaq. Azərbaycanın rayonlarında hava necə olacaq?
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq.