Bakıda Qarabağ qazisindən maraqlı addım VİDEO

15.11.2024

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) keçirilir. Genişmiqyaslı tədbirlə əlaqədar paytaxtda müxtəlif incəsənət layihələri reallaşdırılır.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, bu layihələrdən biri də rəssam Cavidan Rəhmətovun Bakının Suraxanı rayonundakı binaların fasadlarına çəkdiyi murallar (divar rəsmləri – arxitektur tikililərin divarlarında monumental rəsm növü – red.) olub.

Həmçinin İkinci Qarabağ müharibəsinin veteranı olan rəssam gülləri sulayan qızları təsvir edib ki, bu təsvirlər olduqca ahəngdar şəkildə mühitlə və təbiətin mühafizəsi üzrə COP29-un gündəmi ilə uyğunluq təşkil edib.

Layihə Suraxanı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью