Bakıda qaraj avtomobillə birgə yandı

15.12.2024

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı şəhərinin Qaradağ rayonunda minik avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən "Unikal"a verilən məlumata görə, rayonda ümumi sahəsi 80 m² olan qarajın yanar konstruksiyaları və içərisində dayanan "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью