Bakıda qaraj YANDI VİDEO

21.01.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Bakıda yanğın olub.

Bakıvaxtı.az Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir klİ. hadisə Nəsimi rayonu, Bülbül prospektində qeydə alınıb.

 "112" qaynar telefon xəttinə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 12kv.m. olan qarajda baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər qarajlara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində qarajın içərisinə yığılmış istifadəyə yararsız geyim və məişət əşyaları yanıb.

Yaxınlıqdakı digər qarajlar yanğından mühafizə olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью