Bakıda qardan sonra dağılan yolların təmiri ilə bağlı RƏSMİ AÇIQLAMA

06.03.2025

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Davamlı yağan qardan sonra paytaxtın əksər yollarında asfalt örtüyündə dağılmalar və çuxurlar yaranıb.
Xatırladaq ki, bir neçə gün öncə “Koroğlu” metrostansiyasına yaxın ərazidə prospektin əsas hissəsi çökmüşdü. Bundan əlavə Heydər Əliyev prospektində,  Zabrat, Bayıl qəsəbələrində, Yasamalda əksər yollar bu vəziyyətdədir. Bakı-Sumqayıt yolu da eyni durumdadır.  
Bəs yollarda yaranan bu problemlərlə bağlı hansı tədbirlər görülür?
Bizim.Media məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, qardan sonra yaranan problemlər aradan qaldırılacaq.
“Yaxın müddətdə şəhərdə yollarda yaranan problemlərlə bağlı tədbirlər görüləcək və sözügedən ərazilərdə təmir işlərinə başlanılacaq”.
Aygün Hüseyn, Bizim.Media                                              

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью