Bakıda qardaş bacısını BIÇAQLADI

07.12.2024

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Bakıda qardaş bacısını bıçaqlayıb.

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu Zığ yolu küçəsində baş verib.

Məhəmməd Rövşən oğlu Həsənov mübahisə zamanı bacısına bir neçə bıçaq zərbəsi vuraraq, ağır xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin baş inspektoru polis leytenantı Elbrus İbrahimov bildirib ki, dekabrın 6-da saat 18 radələrində Xətai rayonu Zığ yolu küçəsində paytaxt sakini 26 yaşlı A.Həsənovaya kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla əməli törətməkdə şübhəli bilinən zərərçəkənin qardaşı M.Həsənov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью