Bakıda qardaş bacısını küçənin ortasında öldürdü

09.12.2024

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Dekabrın 6-da saat 18:00 saatlarında  Xətai rayonu Zığ yolu küçəsində paytaxt sakini 1998-ci il təvəllüdlü Aygün Həsənovaya kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.
Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov hadisə ilə bağlı açıqlama verib.
O bildirib ki, polis əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində əməli törətməkdə şübhəli bilinən şəxsin zərərçəkənin qardaşı Məhəmməd Həsənov olduğu müəyyən olunub və o, saxlanılıb. Hazırda hadisə ilə bağlı araşdırmalar davam edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью