Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Son günlər paytaxtda bu mənzərə tez-tez “göz oxşayır”: şəhərin səmasında, parklarda, küçələrdə qara-boz quşların sürülərlə dolaşması...
Klassika sevərlər dünya şöhrətli rejissor Alfred Hiçkokun “Quşlar” trillerindəki bənzər səhnələrin şahidi olublar: ürpədici səs-küylü bu qara-boz quşlar insanların həyatını cəhənnəmə çevirir, şəhəri iflic edirlər.
Düzdür, Bakıda vəziyyət filmdəki qədər təhlükəli olmasa da, sözügedən quşların artımı şəhər təbiətinə ziyandır.
Söhbət zağcalardan gedir!Çoxları zağcanı qarga ilə qarışdırır, halbuki bu iki quş arasında nəzərəçarpan fərqlər var.
Zağca və qarga bir-birinə bənzəsə də (eyni fəsilədəndirlər) mənfi istiqamətdə fərqləri çoxdur.
Zağca daha kiçikdir, boyun hissəsi boz rəngdə olur və gözləri açıq-boz rənglidir.
Qargalar isə daha iri, tam qaradır, qapqara gözləri var, nadirən ala növləri olur. Qarğa təkliyi sevəndir, ən yaxşı halda cütü ilə gəzir.