Bakıda qayda pozan sürücü baxın necə peşman edildi VİDEO

11.12.2024

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Paytaxtda törətdiyi qayda pozuntusuna görə çıxılmaz vəziyyətə düşən sürücünün görüntüsü sosial şəbəkədə maraqla qarşılanıb. 

Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl axşam saatlarında qeydə alınıb. Belə ki, 77-RN-143 dövlət nömrə nişanlı “Mercedes Atego” markalı avtomobilin sürücüsü əks istiqamətli yola çıxaraq axına qarşı hərəkət edib. Lakin tıxacda gözləmək istəməyən sürücünün törətdiyi xəta ona baha başa gəlib. Videodan da göründüyü kimi, qarşı tərəfdən gələn 77-JL-022 dövlət nömrə nişanlı “DAF” markalı yük maşınının sürücüsü ona yol verməyib. Nəticədə qayda pozan sürücü məcbur qalaraq geriyə doğru hərəkət edib. 

Nərmin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью