Bakıda qayda pozan sürücülərdən biri yolu kəsib motosikleti vurdu VİDEO

06.05.2025

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Paytaxtın Nərimanov rayonunda qayda pozan sürücülərdən biri hərəkətdə olan motosikleti vurub. 

Avtosfer.az-ın məlumatına görə, bu barədə motosiklet sürücüsü sosial şəbəkə hesabında paylaşım edib. Belə ki, Təbriz küçəsiylə hərəkətdə olan motosiklet, Neymət Quliyev küçəsindən gələn 77-QM-968 dövlət nömrə nişanlı “Toyota Aqua” markalı avtomobilə dəyib. Kadrdan da göründüyü kimi, “Toyota Prius” və qəzaya səbəb olan avtomobilin sürücüsü motosikletə əhəmiyyət vermədən hərəkət ediblər. Xoşbəxtlikdən ağır qəza baş verməsə də, hər iki nəaliyyat vasitəsinə maddi ziyan dəyib. Hadisədən sonra motosiklet sürücüsü geri qayıdıb və qəzaya səbəb olan sürücüylə danışıb. 

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью