Bakıda qaydalara məhəl qoymayan sürücü qəzaya səbəb oldu ANBAAN VİDEO

15.11.2024

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.

Hadisə Ələsgər Ələkbərov ilə Məmməd Rahim küçələrinin kəsişməsində baş verib.

Belə ki, Məmməd Rahim küçəsində hərəkətdə olan "Nissan" markalı avtomobil yolayrıcını keçmə qaydasını pozaraq baş yolla hərəkət edən "Toyota Prius" markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

(oxu.az)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью