Bakıda qaydaları pozan “Prius” qəza törətdi Video

15.02.2025

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Bu gün Bakının Qaradağ rayonunda yol hərəkəti qaydalarını pozan sürücü qəzaya səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, Lökbatan qəsəbəsinə gedən yolda “Toyota Prius” markalı avtomobil yolun əks hərəkət zolağına çıxıb.

Bu zaman qarşıdan gələn avtomobillə toqquşma təhlükəsi yaşayan sürücü maşını sağa çəkərək öz zolağı ilə hərəkət edən digər maşını vurub.

Hadisə yolda olan digər avtomobilin ön və arxa kameraları vasitəsilə lentə alınıb.

Həmin görüntüləri təqdim edirik:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью