Bakıda “Qayıdış hüququ Ermənistandan zorla çıxarılan Azərbaycanlılar üçün ədalətin təşviqi” mövzusunda ikinci beynəlxalq konfrans keçirilir

05.12.2024

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Qərbi Azərbaycan İcmasının "Qayıdış hüququ - Ermənistandan zorla çıxarılan Azərbaycanlılar üçün ədalətin təşviqi" mövzusunda ikinci beynəlxalq konfrans keçirilir.

Milli.Az xəbər verir ki, konfransda 51 ölkədən 100-dən çox nümayəndə iştirak edir.

Tədbirdə Qərbi azərbaycanlıların Ermənistandan zorla çıxarılmasının tarixi, onların qayıdış hüququnun əsasları, mədəni irsinin bərpası və bu sahədə diplomatik səylər müzakirə ediləcək.

Qeyd edək ki, dekabrın 5-i Qərbi azərbaycanlıların 1987-1991-ci il deportasiyasının anım günüdür. Sözügedən günlə bağlı ötən il də analoji beynəlxalq konfrans keçirilib. "Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: qlobal kontekst və ədalətli həll" mövzusuna həsr olunan beynəlxalq konfransda 44 ölkədən 100-dən çox nümayəndə iştirak etmişdi.
 

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью