Bakıda qayınata gəlinini qətlə yetirdi

05.05.2025

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Bakıda qətl hadisəsi baş verib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində baş verib.

Qəsəbə sakini Ağaəli Əliyev evində gəlini Dürdanə Əliyevanı bıçaqlayıb. D.Əliyeva aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Hadisə ailə münaqişəsi zəminində baş verib.

Qətli törətməkdə şübhəli bilinən A.Əliyev şübhəli şəxs qismində saxlanılıb.

Aqil Vəlili

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью