Bakıda Qazaxıstan universitetlərinin təhsil sərgisinin rəsmi açılışı olub | Icma.az
Report.az saytından alınan məlumata görə, Icma.az bildirir. Bakıda Qazaxıstan universitetlərinin təhsil sərgisinin rəsmi açılışı olub.
"Report" xəbər verir ki, iki gün davam edəcək təhsil sərgisində Qazaxıstanın 20-dən çox ali təhsil müəssisəsi iştirak edir.
Tədbirdə çıxış edən Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel bildirib ki, ilk dəfə keçirilən bu sərgi iki ölkə arasındakı əlaqələri daha da sıx olmasına zəmin yaradacaq: "Daim ali təhsil sahəsindəki əməkdaşlığın ali qüvvələrdən biri olması üçün çalışırıq".
Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev sərginin azərbaycanlı tələbələr üçün çox faydalı olacağını deyib: "İnanırıq ki, Azərbaycan və Qazaxıstan arasındakı dostluq münasibəti təhsil sahəsində də özünü göstərəcək".
Qazaxıstanın elm və ali təhsil naziri Sayasət Nurbek isə çıxışında növbəti il 12 azərbaycanlı tələbə üçün Qazaxıstan universitetlərində yer ayrılacağını diqqətə çatdırıb: "Sərgidə Qazaxıstanla yanaşı tərəfdaş ölkə kimi Koreya və Çinin universitetləri təmsil olunur.
Bundan başqa, Mərkəzi Asiya və daha geniş bölgə üçün güclü tədqiqat mərkəzi yaratmaq nəzərdə tutulur.
Artıq 47 ali təhsil müəssəsinin tədqiqat mərkəzini bu işə cəlb etmişik.
Gələn il 12 azərbaycanlı tələbənin Qazaxıstanda təhsili üçün yer ayrılacaq və sonrakı müddətdə bu rəqəm 20, 30, 40 ola bilər".
Tam oxu
Xəbəri oxu