Bakıda qəbiristanlığa qənim kəsilən şəxs ƏLƏ KEÇDİ

24.04.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Aprelin 23-də Bakının Suraxanı rayonunda yerləşən qəbiristanlıqların birində oğurluq hadisəsi qeydə alınıb.

Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində baş verib.

Məlumata görə, qəbiristanlıqdakı məzarlardan birinin ətrafına çəkilmiş 400 manat dəyərində dəmir barmaqlıqlar oğurlanıb. Əməli törədən şəxsi polis artıq saxlayıb.

Onun qəbiristanlıqdakı digər bir məzardan da 350 manat dəyərində dəmir çəpərləri oğurladığı məlum olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью