Bakıda qətl hadisəsi baş verib KONKRET

25.05.2026

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Bakıda qətl hadisəsi baş verib.

KONKRET.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə mayın 25-də səhər saatlarında paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən mənzillərdən birində qeydə alınıb.

Qarət məqsədilə evə daxil olan naməlum şəxs ev sahibləri – 1946-cı il təvəllüdlü Sabir Əliyev və həyat yoldaşına bıçaqla xəsarətlər yetirib. Nəticədə ər-arvad hadisə yerində ölüb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 1997-ci il təvəllüdlü Murad Niftəliyev saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью