Bakıda qeyri adi cinayət hadisəsi baş verib

08.04.2025

Reyting.az saytına istinadən Icma.az xəbər verir.


Bakıda qeyri-adi cinayət hadisəsi baş verib.

Məlumata görə, iki gözdən əlil kişi adam öldürüb.
Hadisə bir müddət əvvəl Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb.
İstintaqla müəyyən edilib ki, 43 yaşlı Qulu Abbasov mübahisə zəminində 41 yaşlı qonşusu Xanlar Əmirovu bir neçə bıçaq zərbəsi ilə qətlə yetirib.
İş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə araşdırılacaq.
Gözdən əlil şəxsin cinayəti necə törətdiyi və hadisənin motivi məhkəmə istintaqı ilə məlum olacaq.
Qeyd edək ki, Qulu Abbasov barəsində Qaradağ Rayon Məhkəməsinin hakimi Rufan Mürsəlovun qərarı ilə həbs qətimkan tədbiri seçilib(qafqazinfo).
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью