Bakıda qeyriadi oğurluq Xəbər saytı Son xəbərlər və Hadisələr

29.11.2024

Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Paytaxtın Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən çoxmərtəbəli binaların dəhlizlərindən yanğınsöndürən borular naməlum şəxs tərəfindən oğurlanıb.

Hadisə binadakı mənzillərdən birinə aid müşahidə kameraları vasitəsilə qeydə alınıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, binaların dəhlizindən 15 ədəd yanğınsöndürən borunun oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisəni törətməkdə şübhəli bilinən 28 yaşlı şəxs saxlanılıb. Şəxsin üzərinə baxış zamanı şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə - metamfetamin də aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью