Bakıda qəza: 61 yaşlı qadın öldü

27.12.2024

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Sabunçu rayonunda avtomobil piyadanı vurub.

Axar.az xəbər verir ki, hadisə rayonun Bakıxanov qəsəbəsində baş verib.

1965-ci il təvəllüdlü Yadigar Əhmədov idarə etdiyi "Mersedes-Benz" markalı avtomobillə 1963-cü il təvəllüdlü Solmaz Rzayevanı vurub. Piyada hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi açılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью