Bakıda qəza avtomobil klinikaya çırpıldı FOTOLAR

04.11.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 4 noyabr, AZƏRTAC

Paytaxtın Binəqədi rayonunun Cəfər Xəndan küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın müxbiri xəbər verir ki, yol ayrıcında baş verən qəza zamanı BMW və “Hyundai” markalı avtomobillər toqquşub. Zərbənin təsirindən BMW markalı avtomobil yoldan çıxaraq səkiyə qalxıb və yaxınlıqdakı klinikaya çırpılıb. Klinikanın şüşələri sınıb.

Hadisə nəticəsində xəsarət alan şəxslər yaxınlıqdakı klinikaya yerləşdiriliblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью