Bakıda qəza baş verdi: xəsarət alan var

02.12.2024

Publika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Saat 20:50 radələrində Heydər Əliyev prospekti ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.

Publika.az xəbər verir ki, bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib.

Məlumata görə, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 77 yaşlı şəxsə (kişi cinsli) ilkin tibbi xidmət göstərilib.

O beyin-qan dövranının pozğunluğu diaqnozu ilə Nizami Tibb Mərkəzinə təxliyə olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью