Bakıda qəza baş verib, işıqfor yararsız vəziyyətə düşüb

12.12.2024

Icma.az bildirir, Apa.az portalına istinadən.

Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Zərifə Əliyeva küçəsində qeydə alınıb.

Belə ki, idarəetməni itirən “Hyundai” markalı minik avtomobilinin sürücüsü nəqliyyat vasitəsini işıqfora çırpıb.

Nəticədə işıqfor sıradan çıxıb, yol təsərrüfatına ziyan dəyib.

Əraziyə polis əməkdaşları cəlb edilib. Fakt üzrə araşdırma aparılır.

***
22:59

Bakının Səbail rayonu, Zərifə Əliyeva küçəsi ilə Bülbül prospektinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.

Hadisə nəticəsində bir ədəd işıqfor dirəyi yararsız vəziyyətə düşüb.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə yeni işıqfor obyekti quraşdırılacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью