Bakıda qəza oldu, işıqfor yararsız hala düşdü

11.12.2024

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Paytaxtın Səbail rayonu, Zərifə Əliyeva küçəsi ilə Bülbül prospektinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Unikal"a verilən məlumata görə, qəza zamanı 1 ədəd işıqfor dirəyi yararsız vəziyyətə düşüb.

Mərkəz tərəfindən yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə yeni işıqfor obyekti quraşdırılacaq.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью