Bakıda qəza: polis işçisi öldü

15.11.2024

News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakının Səbail rayonunda, Salyan yolunda noyabrın 15-də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən News24.az-a bildirilib ki, “Daevoo” markalı avtomobil yolu keçən piyada, polis nəfəri Ərtoğrul Həsənlini vurub.

"Ona göstərilən tibbi yardıma baxmayaraq, həyatını itirib", - məlumatda vurğulanıb.

Qeyd edilib ki, faktla bağlı cinayət işi başlanılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью