Bakıda qəza törədən sərxoş sürücü tutuldu

10.06.2025

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Bakıda qəza törədən sürücü saxlanılıb.

Lent.az xəbər verir ki, hadisə iyunun 10-da saat 2 radələrində Yasamal rayonu, M.Əliyev küçəsində baş verib. “Saipa” markalı nəqliyyat vasitəsilə təhlükəli manevrlər edən sürücü maddi zərərlə nəticələnən qəza törədib.

31 yaşlı şəxs idarə etdiyi “Saipa” avtomobili ilə yol kənarında dayanan “Hyundai” markalı nəqliyyat vasitəsinə və mopedə çırpılıb.

Nəticədə “Saipa” markalı avtomobildə olan 1 nəfər yüngül xəsarət alıb. Sərxoş vəziyyətdə olan sürücü saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью