Bakıda qəza: Xəsarət alan var FOTO

02.12.2024

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakupost.az xəbər verir ki, qəza Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, idarəetməni itirən "KİA" markalı minik avtomobilinin sürücüsü nəqliyyat vasitəsini dirəyə çırpıb. Qəza zamanı bir nəfər xəsarət alıb.

Xəsarət alan şəxs təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью